​Rusiyada axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb

Bakı. 12 mart. REPORT.AZ/ 10 mart 2015-ci il tarixində "Urux"Federal nəzarət-buraxılış məntəqəsində 40 yaşlı Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes" markalı avtomobil saxlanılıb.

"Report" Kabardin-Balkar Respublikası üzrə Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sənədlərə baxış zamanı məlum olub ki, avtomobilin salonunda olan 44 yaşlı digər həmyerlimiz Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsi üzrə (rüşvət vermək) nəzərdə tutulan cinayətdə şübhəli bilindiyi üçün axtarışdadır.

Axtarışın təşəbüskarı olan Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi məlumatlandırılıb. Həmyerlimiz saxlanılıb.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56