Rusiyada avtomobil qaçıran şəxs Azərbaycanda tutulub

Bakı. 18 fevral. REPORT.AZ/ Rusiya Federasiyasında avtomobil qaçıran şəxs Azərbaycanda tutulub.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 166-cı və 264-cü maddələri (nəqliyyat vasitəsinin qaçırılması, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydasını pozma) ilə axtarışda olan Natiq Qulamov Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutularaq Sumqayıt Şəhər Polis İdarəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 26 aprel, 2026 / 11:49
Şəkidə yük avtomobili yanıb 25 aprel, 2026 / 13:01