Bakı. 12 oktyabr. REPORT.AZ/ Rusiya vətəndaşı Bakıda bədbəxt hadisə nəticəsində ölüb.
"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 11-də Yasamal rayonu ərazisində yaşayan Rusiya Federasiyası vətəndaşı İlham Bayramov 8-ci mərtəbədə yerləşən evinin pəncərəsindən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.