Rusiya vətəndaşı Bakı sakininin 147 min dollarını mənimsəyib

Bakı. 13 iyul. REPORT.AZ/ Bakı sakininə qarşı 147 min dollarlıq dələduzluq edilib.

“Report” xəbər verir ki, 57 yaşlı paytaxt sakini Vilayət Abdullayev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2013-cü ilin oktyabr ayında Rusiya Fedarasiyasının vətəndaşı, 1967-ci il təvəllüdlü Saməddin Seyfullayev onu aldadaraq 147 min ABŞ dollar pulunu alıb və geri qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47