Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində baş verən yanğın söndürülüb."Report"un xəbərinə görə, açıq ərazidə 2 ha sahədə quru ot və 50 ədəd şam ağacı qismən yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub
*** 13:08
Bakının Suraxanı rayonu, Yeni Ramana qəsəbəsinin ərazisində quru ot və kol-kos yanır.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir.