Qusarda yük avtomobili fəhləni vuraraq öldürüb

Qusar rayonunda yük avtomobili yolda işləyən fəhləni vurub.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Qusar rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, həmin ərazidə elektrik xətlərində təmir işləri aparan Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Abdullayev Şakir Sadıq oğlunu "TIR" vurub. Nəticədə o aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36