Qusarda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.
"Report"un Şimal bürosunun məlumatına görə, Hil kəndində "ZİL" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 1959-cu il təvəllüdlü S.Saruxanov, 1974-cü il təvəllüdlü A.Güləliyev, 1962-ci il təvəllüdlü İ.Ağakişiyeva və 1989-cu il təvəllüdlü R.Balabekov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Qusarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə nəticəsində üç kişi, bir qadın ağır xəsarət alıb.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.