Qusarda "KamAZ" 87 yaşlı kişini vuraraq öldürüb

Qusar rayonunda "KamAZ" 87 yaşlı kişini vuraraq öldürüb.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Qusar rayonunun Urva kəndində baş verib.

Gəray Tariquliyev idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə həmkəndlisi, 87 yaşlı Məhərrəm Şeydayevin yaşadığı evin həyətinə qum boşaldarkən M.Şeydayevi vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39