Qusarda avtomobil məktəbliləri vurub, xəsarət alanlar var

Qusar şəhərində məktəblilərin vurulması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə 2 nömrəli məktəbin qarşısında baş verib.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki məktəblini vurub.

Hadisə nəticəsində 2009-cu il təvəllüdlü E.Piriyeva və 2010-cu il təvəllüdlü A.Vəlixanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18