Qubada ölümlə nəticələnən yol qəzası olub

Quba. 5 iyun. REPORT.AZ/ Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun 151-ci kilometrliyində, rayonun Cağacuq kəndi ərazisində qeydə alınıb. 

Belə ki, 90-NB-970 dövlət qeydiyyat nömrə nişanlı "LADA priora" markalı avtomobillə 99-BF-038 dövlət qeydiyyat nömrə nişanlı "Opel" markalı avtomobil toqquşub. Nəticədə ağır bədən xəsarətləri alan, "LADA priora"nın sürücüsü, rayonun Nərimanabad kənd sakini, 1958-ci il təvəllüdlü Füzuli Seyidağa oğlu Çərkəzov Quba Rayuon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, F.Çərkəzov orada ölüb. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48