Qubada meşə massivində yanğın başlayıb

"Bu gün Quba rayonunun Gədik kəndi və Qoşabulaq ərazisinin meşə massivində yanğın başlayıb".

Bunu "Report"un Siyəzən rayonuna ezam olunmuş əməkdaşına fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

O bildirib ki, hazırda həmin ərazilərə Fövqəladə Hallar Nazirliyinin 3 avtomobili və 1 helikopteri cəlb edilib:

"Yanğının söndürülməsi işləri davam etdirilir".

E.Mirzəyev qeyd edib ki, Quba rayonunun digər ərazilərində yanğın söndürülüb.

Digər xəbərlər

Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50