Qubada iki qardaşı maşın vurub, piyadalardan biri ölüb - FOTO - ƏLAVƏ OLUNUB

Qubada. 3 yanvar. REPORT.AZ/ Quba rayonunda bir nəfərin ölümü, digərinin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Rustov kəndində qeydə alınıb.

Məlumata görə, Musayev Mehman Əmirqulu oğlu öz avtomobili ilə hərəkətdə olarkən 2006-cı il təvəllüdlü kənd sakini Qurbanov Xəqani Nurağa oğlu və onun qardaşı Qurbanov Rinadı vurub. Nəticədə Qurbanov Xəqani "qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol göz altı nahiyəsinin əzilmiş-cırılmış yarası" xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qurbanov Rinad isə ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47