Quba. 02 avqust. REPORT.AZ/ Qubada azyaşlı velosipeddən yıxılaraq ağır travma alıb.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Quba rayonu Amsar kənd sakini 2015-ci il təvəllüdlü Kərimov Rəvan Elşad oğlu küçədə velosipeddən yıxılıb.
Qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.