Qubada ayılar kəndə hücum edib

Qubada kəndə hücum edən ayılar mal-qaranı parçalayıblar.

"Report"un Şimal bürosunun məlumatına görə, Quba rayonunun Səbətlər kəndində şəxsi təsərrüfatlar ayı hücumuna məruz qalıb.

Ayılar kənd sakinləri İsa Hüseynova məxsus camışı və Sübhan Əhmədova məxsus inəyi parçalayıblar.

Sakinlər ayıların izlərinin kəndin müxtəlif ərazilərində də müşahidə olunduğunu bildiriblər.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48