Qubada ayılar arıxanaya hücum edib

Quba. 2 avqust. REPORT.AZ/ Qubada ayılar arıxanaya hücum edib. 

“Report”un Şimal bürosu xəbər verir ki, hadisə Qubanın Cek kəndi ərazisində qeydə alınıb.

Arıçı Namiq Abidov “Report”a açıqlamasında bildirib ki, artıq 4-5 gündür ayı hər gün yaylaqda yerləşən arıxanaya hücum edir: "Ayılar 5 arı yeşiyini dağıdıb. Özümüz isə qorxudan çadırda qalmırıq. Hər gecə bu hücum təkrarlandığından, suni şamlar düzəldərək ayıları qorxuduruq. Artıq əvvəl dağdan 1 ayı gəlirdisə, dünən axşam arıxanaya 3 ayı hücum edib". 

Digər xəbərlər

Xocavənddə traktor minaya düşüb 08 avqust, 2026 / 10:41