Qubada avtomobil at arabası ilə toqquşub, sürücü yaralanıb

Quba rayonunda yol qəzası baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunda, rayonun Zərdabi qəsəbəsi ərazisində qeydə alınıb. 

Belə ki, qəsəbə sakini, 1993-cü il təvəllüdlü Firuz Rauf oğlu Vəliyev idarə etdiyi avtomobillə hərəkətdə olarkən, at arabası ilə toqquşub. Nəticədə F.Vəliyev sifətin və burunun cırılmış-kəsilmiş yaraları diaqnozu İlə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər