Qubada ahıl qadın intihar edib

Quba. 5 dekabr. REPORT.AZ/ Quba rayonunda 73 yaşlı qadın intihar edib. 

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Çiçi kəndi ərazisində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini 1943-cü il təvəllüdlü Zəhra Abıyeva özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil. 

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05