Qubada ağır yol qəzasında xəsarət alanlardan biri ölüb - YENİLƏNİB

Qubada ağır yol qəzasında xəsarət alanlardan biri ölüb.

“Report”un Şimal bürosunun məlumatına görə, bu gün səhər saatlarında Qusar-Quba yolunun 4-cü kilometrliyində baş verən avtomobil qəzasında xəsarət alan 5 nəfərdən biri, 1954-cü il təvəllüdlü Əliyev Nazif Nəriman oğlu xəstəxanada ölüb.

Qəzada yaralanan digər 4 nəfərin isə müalicələri xəstəxanada davam etdirilir.

10:45

Quba rayonunun Xucbala kəndi ərazisində "VAZ-2109" və “Opel” markalı minik avtomobilləri toqquşub.

“Report”un Şimal bürosunun məlumatına görə, nəticədə 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bunlar 1979-cu il təvəllüdlü Zülfüqarov Elzamin Seyfulla oğlu, 1989-cu il təvəllüdlü Balayev Nurlan Cavanşir oğlu, 1985-ci il təvəllüdlü Əlixanov Elnur Ərəstun oğlu, 1954-cü il təvəllüdlü Əliyev Nazif Nəriman oğlu və 1980-ci il təvəllüdlü Süleymanov Qahir Asəf oğludur.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19