Qubada 87 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Qubada 87 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Zərdabi qəsəbəsində baş verib.

Belə ki, 1936-cı il təvəllüdlü Gülbaba Əzizov yaşadığı evdə istilik sobasının üstünə yıxılıb, nəticədə yanıq xəsarətləri alaraq ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26