Qubada 56 yaşlı kişi intihar edib

Quba. 31 yanvar. REPORT.AZ/ Quba rayonunda 56 yaşlı kişi intihar edib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Quba şəhərinin 223-cü Atıcı Diviziyası küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

Belə ki, şəhər sakini, 1961-ci il təvəllüdlü Nazim Ağacan oğlu Allahverdiyev  yaşadığı evdə asılmış vəziyyətdə tapılıb. Hadisə şahidləri dərhal Quba Rayon Polis Şöbəsinə (RPŞ) məlumat veriblər. 

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. 

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33
Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34