Quba. 29 dekabr. REPORT.AZ/ Quba rayonunda intihar edərək özünü öldürən şəxsin adı məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, rayonun Susayqışlaq kənd sakini, 1969-cu il təvəllüdlü Səməd Bədirxanov özünü yaşadığı evin talvarında asaraq intihar edib. Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
*** 10:38
Quba. 29 dekabr. REPORT.AZ/ Quba rayonunda kişi özünü asıb.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Susayqışlaq kəndi ərazisində baş verib.
Belə ki, hələlik şəxsiyyəti məlum olmayan kənd sakini özünü yaşadığı evin tavanından asaraq intihar edib.
Onun meyiti yaxınları tərəfindən evin tavanından asılmış vəziyyətdə aşkar olunub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tİbbi YArdım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib və intiharın səbəbləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.