Quba sakini meşədə kəsdiyi ağacın altında qalaraq ölüb

Bakı. 10 mart. REPORT.AZ/ Quba rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, martın 9-da Quba rayonunun Möhüc kəndində yaşayan Səddam Şükürov kənd ərazisindəki meşə zolağında kəsdiyi ağacın altında qalaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47