Qubada zəlzələ qeydə alınıb

Yerli vaxtla saat 20:56-da Quba rayonunda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 5 bala yaxın, Siyəzən, Altıağac, Şabran, Qusar, Pirqulu, Xınalıq və ətraf rayonlarda 3-4 bala qədər hiss olunub.

Digər xəbərlər

Lənkəran rayonunda zəlzələ olub 29 sentyabr, 2026 / 16:01
Cəlilabadda ev yanıb 29 sentyabr, 2026 / 09:36