Qobustanda sərnişin avtobusu aşıb, xəsarət alan var

Qobustan. 29 may. REPORT.AZ/ Qobustan rayonunda sərnişin avtobusu aşıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun "Cəngi" yaşayış massivində qeydə alınıb.

Belə ki, Şəkidən Bakıya gələn avtobus hərəkətdə olarkən arxa şini partlayıb və nəticədə yoldan çıxaraq aşıb. Qəza zamanı sərnişinlərdən Şəki rayonunun Baş Zəyzid kənd sakini Məryəm İsmayıl qızı Cəlalova ağır xəsarətlər alıb. Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45