Qobustan. 13 aprel. REPORT.AZ/ Qobustan rayonunda həmkəndlilər arasında dava olub, 2 nəfər bıçaqlanıb.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Cəyirli kəndi ərazisində baş verib.
Belə ki, kənd sakinləri - 1992-ci il təvəllüdlü İsrafil Ayətdin oğlu Aslanov və 1991-ci il təvəllüdlü Xanoğlan Rafiq oğlu Rüstəmov arasında yaranan mübahisə hər iki şəxsin bıçaqlanması ilə nəticələnib.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.