Qobu qəsəbəsində xəsarətlə nəticələnən yol qəzası baş verib

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1992-ci il təvəllüdlü Qasımov Yaqub Yüsif oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50