​Qırğızıstanda 6,1 bal gücündə zəlzələ olub

Bakı. 26 iyun. REPORT.AZ/ Qırğızıstanda 6,1 bal gücündə zəlzələ olub. "Report"un məlumatına görə, yerli vaxtla saat 14:17-də qeydə alınıb.

Zəlzələnin episentri Bişkekdən 381 kilometr cənubda, Oş şəhərindən 117 kilometr cənub-şərqdə, zəlzələ ocağı 48 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar qonşu Qazaxıstanın bir sıra iri şəhərlərində hiss edilib.

Hələlik dağıntılar və tələfat haqqında məlumat verilmir.

Digər xəbərlər

Cəlilabadda zəlzələ baş verib 26 avqust, 2026 / 19:29