Qırğızıstan vətəndaşı sərxoş halda Azərbaycanda qəza törədib, daşıdığı avtomobillər yola dağılıb - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


***14:00

Yevlax. 29 oktyabr. REPORT.AZ/ Yevlax rayonunda sərxoş sürücü qəza törədib.

"Report"un Qərb bürosunun məlumatına görə, Qırğızıstan vətəndaşı, 1965-ci il təvəllüdlü Dima Aleksandr oğlu sərxoş halda idarə etdiyi yük avtomobilini aşırıb. 

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib. Yük maşınında daşınan müxtəlif markalı avtomobillər isə yola aşıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54