Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Qazax. 23 fevral. REPORT.AZ/ Qazax şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

"Mercedes-Benz" "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"da olan 2 nəfər - Ağstafa rayon sakinləri, 27 yaşlı Məhəmmədəli Əsgərov və 28 yaşlı Samir Kazımov xəsarət alıblar. Digər avtomobildə isə xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Qazax şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48