Qəbələdə taxıl sahəsi yanıb, xəsarət alan var

Bakı. 26 iyun. REPORT.AZ/ Qəbələ rayonunun Bılıx kəndində 3 hektar biçilməmiş taxıl sahəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən “Report”a verilən məlumata görə, yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqda olan əkin sahələri yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər xəbərlər

Bakıda qadın dənizdə boğulub 13 iyul, 2026 / 10:56