Qəbələdə kişi karxanada qum üyüdən cihaza dəyərək ölüb

Qəbələdə kişi bədbəxt hadisə nəticəsində ölüb.

"Report" xəbər verir ki, Aydınqışlaq kənd sakini 1979-cu il təvəllüdlü Səxavət İkram oğlu Abdullayev işlədiyi Qəbələ şəhərinin ərazisindəki qum-çınqıl karxanasında ehtiyatsızlıqdan qumüyüdən cihaza dəyərək xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş S.Abdullayev orada ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Digər xəbərlər

Zirədə söhbətgah yanıb 09 fevral, 2026 / 08:48