Qəbələdə axtarışda olan yerli sakin saxlanılıb

Qəbələ. 30 yanvar. REPORT.AZ/ Qəbələdə əvvəllər də məhkum olunmuş axtarışda olan şəxs saxlanılıb. 

Bu barədə “Report”un Şirvan bürosuna DİN-in mətbuat xidməti Şəki regional qrupundan məlumat verilib.

Belə ki, Qəbələ rayon Polis şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Vəndam qəsəbə sakini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.3 ( yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə ) maddələri ilə axtarışda olan, əvvəllər də məhkum olunmuş Cavidan Məhyəddinli rayonun Vəndam qəsəbəsi ərazisində saxlanılaraq rayon Polis şöbəsinə gətirilərək İstintaq bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47