Qəbələdə avtomobil kanala aşıb, xəsarət alanlar var

Qəbələ rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qəbələ-Ağdaş avtomobil yolunun rayonun Hacallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Chevrolet Cruze" markalı minik avtomobili yoldan çıxaraq kanala aşıb. Nəticədə avtomobildə olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alan şəxslər Şamaxı rayon sakinləri Elsəvər Qədimov və onun həyat yoldaşı Nigar Qədimovadır.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda ev təmamilə yanıb 27 iyun, 2026 / 12:04