Qazaxıstanın axtarışa verdiyi şəxs Türkiyədən Azərbaycana gələrkən tutulub

Qazaxstanda "İnterpol" xətti ilə beynəlxalq axtarışda olan şəxs Azərbaycanda tutulub.

"Report" xəbər verir ki, bu ölkənin Cinayət Məcəlləsinin 226-cı (saxta sənəd hazırlama) maddəsi ilə axtarışa verilmiş Qazaxstan vətəndaşı, 41 yaşlı Ruslan Nurimbetov Türkiyədən Bakıya gələrkən Heydər Əliyev beynəlxalq hava limanında saxlanılıb.

Onun Qazaxıstana ekstradisiya olunacağı gözlənilir.

Digər xəbərlər