FHN: Qazaxdakı yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyi (FHN) Qazaxda baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən "Report"a verilən məlumatda deyilir:

"Bu gün FHN-nin 112 qaynar telefon xəttinə Qazax rayonu, Fərəhli kəndində, sərhəd zolağı boyunca quru ot yanması barədə məlumat daxil olub. Dərhal əraziyə nazirliyin DYMX in müvafiq qüvvələri cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat dəqiqədə söndürülüb. Yanğın zamanı təxminən 5 ha sahədə quru ot və kol-kos yanıb".

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48