Qazaxda tullantı sularının qanunsuz axıdılmasına görə iki sahibkar cərimələnib

Qazax rayonunda iki sahibkar tullantı sularının qanunsuz axıdılması səbəbilə cəzalandırılıb.

"Report"un Qərb bürosu xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsi və Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə məişət mağazasında və daş karxanasında tullantı sularını təyinatdan kənar axıdıldığı müəyyən olunub.

Həmin obyekt sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39