Qazaxda 58 yaşlı yaşlı kişi intihar edib

Qazaxda yerli sakin özünü zəhərləyərək intihar edib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun "Mal bazarı" adlanan ərazisində baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü F.Ayvazov heyvanlar üçün istifadə edilən dərmanı qəbul edib.

O, ağır halda xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47