Qazaxda oğul anasını avtomobillə vuraraq öldürüb 

Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Belə ki, Qazax sakini Eldar İsgəndərov idarə etdiyi "Opel" markalı avtomobillə anası, 1958-ci il təvəllüdlü Nərminə İsgəndərovanı vurub. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41