Qazaxda gölə yıxılan kişi boğularaq ölüb

Qazaxda gölə yıxılan kişi boğularaq ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, Qazax rayon sakini, 1957-ci il təvəllüdlü Əli Rəhimov nəvələri ilə gəzərkən ayağı anidən sürüşüb və İncəçayından gələn su dəryaçasına düşüb.

Nəticədə kişi orada boğularaq ölüb.

Meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 23 dekabr, 2025 / 08:59