Qazax rayonunda həmkəndlisini bıçaqlayaraq xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
"Report"un yerli bürosunun məlumatına görə, Qazax rayon Hüseynbəyli kənd sakini, 2002-ci il təvəllüdlü S.Hüseynovu bıçaqlamaqda şübhəli bilinən, 1981-ci il təvəllüdlü R.Rəhimov saxlanılıb.
Hadisənin aralarında düşən mübahisə zəminində başverdiyi bildirilir.
08:04
Qazaxda bıçaqlanma hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qazaxbəyli kəndində qeydə alınıb. Rayon sakini, 1999-cu il təvəllüdlü S.Adıgözəlov mübahisə zəminində bıçaqlanıb. O, Qazax Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Yaralının vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.