"Göyəzən" futbol klubunun oyunçusu ürək tutmasından ölüb

Qazax. 31 may REPORT.AZ/ Qazax rayonunda "Göyəzən" futbol klubunun oyunçusu infarkt keçirərək ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Xanlıqlar kənd sakini, 1980-ci il təvəllüdlü Sarıyev Qoşqar Nadim oğlu yaşadığı evdə infakt keçirib. O, xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Qeyd edək ki, Q. Sarıyev "Göyəzən" futbol klubunun oyunçusudur.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14