Qazaxda bıçaqlanma olub

Qazax rayonunda yerli sakin mübahisə zəminində bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Hüseynbəyli kəndində qeydə alınıb. Kənd sakini, 2001-ci il təvəllüdlü S.Hüseyov mübahisə zəminində bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər