Qazaxda avtomobil piyadanı vurub 

Qazaxda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Birinci Şıxlı kəndində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Orxan Vəliyevi avtomobil vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər