Qazaxda avtomobil piyadanı vurub

Qazax rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. "VAZ-2106" markalı avtomobil Qazax rayon sakini, 1968-ci il təvəllüdlü Alixan Kərimovu piyadanı vurub. Müxtəlif xəsarətlər alan yaralı xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51