Qazaxda ana və iki övladı dəm qazından zəhərlənib

Qazax rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Qazax rayon sakinləri, 1995-ci il təvəllüdlü Türkan Yusifova və onun 3 və 4 yaşlı övladları dəm qazından zəhərləniblər.

Hər üç şəxs xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi və qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47