Qazaxda 4 nəfər dəm qazından zəhərlənib 

Qazax rayonunda 4 nəfər zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə İkinci Şıxlı kəndində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Məmmədov Şöhrət Kamil oğlu, 2003-cü il təvəllüdlü Hacıyeva Rəvanə Elnur qızı, 1975-ci il təvəllüdlü Kərimova Rühəngiz Alı qızı, 1996-cı il təvəllüdlü Məmmədov Ülfət Şöhrət oğlu dəm qazından zəhərləniblər.
Zərərçəkənlər xəstəxanaya aparılıblar. Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45