​Qazaxda 38 yaşlı kişi minaya düşüb - FOTO

Bakı. 14 may. REPORT.AZ/ Qazax rayonunda 1978-ci il təvəllüdlü yerli sakin minaya düşüb. "Report" xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Quşçu Ayrım kənd sakini Vəzir Vəliyev dərhal Qazax Diaqnostika Mərkəzinə çatdırılıb və zərərçəkənin sol ayağı amputasiya edilib.

Hadisə 38 yaşlı kənd sakini mal-qaranı örüşə aparan zaman baş verib.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39