Qazaxda 34 yaşlı qadın dərmandan zəhərlənib

Qazax rayonunda 34 yaşlı qadın dərmandan zəhərlənib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Canalı kəndində qeydə alınıb.

Belə ki, qəbul etdiyi dərmandan zəhərlənən 1985-ci il təvəllüdlü qadın Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər