Azərbaycanda zəlzələ olub

Qax rayonu ərazisində zəlzələ olub. 

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. 

Qeyd olunub ki, maqnitudası 3.1, dərinliyi 8 km olan yeraltı təkanlar ilkin məlumatlara əsasən yerli vaxtla saat 12:41-də Şəki stansiyasından 46 km şimal-qərbdə Qax ərazisində qeydə alınıb. 

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48