Qaxda fəaliyyət göstərən pivə zavodunda yanğın olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın hadisəsi Qax rayonu ərazisində yerləşən, Bakı şəhər sakini 1982-ci il təvəllüdlü İsmayılov Orxan İsa oğluna məxsus pivə zavodunun qazanxanasında yerləşən buxar alınması üçün lazım olan qurğuda baş verib.
Yanğın yerinə Qax rayon YMH-dən iki yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 70kv/m olan qazanxananın 40kv/ metr hissəsi tamamilə yanıb. Yanğın söndürülüb və yanğının qazanxanaya bitişik və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, zavod bir ilə yaxındır fəaliyyətini dayandırıb.
Faktla bağlı araşdırma aparılır.